Hazırda internetdən istifadə böyüklərlə yanaşı, uşaqlar üçün də əvəzedilməz hala çevrilib. İnternetdən şüurlu istifadə çox vacibdir. Bəs uşaqların internetdən şüurlu şəkildə istifadə etdiyini və bu böyük dünyadakı təhlükələrdən uzaq olub-olmadığı barədə heç düşünmüsünüzmü?
İnternetdə uşaqları maraqlandıran bir çox cəhətlər var. Yeni insanlarla tanışlıq, söhbət etmək, əyləncə, oyunlar və s. Ancaq valideynlər diqqətli olmalıdır.
* İlk öncə internetdə təhlükəli səhifə və proqramları əngəlləyəcək kodlardan istifadə edin. Bu barədə kompüter satılan mərkəzlərdən maraqlana bilərsiniz.
* Uşağınızı internetdə olan təhlükələr barədə məlumatlandırın.
* İnternetdə təhlükəsiz olmağın vacibliyini izah edin.
*Uşağınızın internetdə qarşılaşdığı problemləri sizinlə bölüşməsini istəyin.
* İnterneti hansı məqsədlə istifadə etdiyini öyrənin. *İnternetdən istifadə üçün vaxt limiti qoyun. *İnternetdən istifadə zamanı telefon nömrəsini, adını, harada oxuduğunu və bu kimi digər şəxsi məlumatlarını bildirməsini qadağan edin.
* Əyləncə, söhbət etmək kimi fəaliyyətlərə məhdudiyyətlər qoymayın. Çünki bu, internetin ən çox maraqlandıran tərəfidir. Sadəcə, kimliyini gizli tutmasına çalışın.