Valideynlər uşaqlarında istənməyən davranışların qarşısını almaq üçün nələr etməlidir?
* İstəmədiyiniz davranış gördükdə qısa müddətə onunla maraqlanmayın.
* Onunla danışmayın, danlamayın və dalaşmayın.
*Başınızı çevirin, gözlərinə, ona baxmamağa çalışın.
*Qəzəbli olduğunuzu bildirməyin.
* Başqa işlə məşğul olurmuş kimi davranın, ya da onun olduğu otaqdan çıxın.
* Bu davranışı qarşılığında hədiyyə əldə etməsinə imkan yaratmayın.
* Bu cür istənməyən davranışlarına deyil, müsbət davranışlarına münasibət bildirin.
* Dəcəlliyini kənara qoyduqdan sonra ona bol diqqət ayırın.
*Sevdiyi oyunlardan, oyuncaqlardan ayırıb, oyunlarına ara vermək də bu cür davranışının qarşısını almağa kömək edəcək.
* İstənməyən davranışları valideynlər tərəfindən sonlandırmaq mümkün olsa da, bunların hansı şəraitdə və niyə baş verdiyini bilmək üçün psixoloqa müraciət etmək məsləhətdir. Çünki bu, psixoloji səbəblərlə də əlaqəli ola bilər.