***
Şagirdlər dərs cədvəlinə uyğun olaraq bütün dərslərdə iştirak etməli və sinfə vaxtında daxil olmalıdırlar. şünki bütün dərsburaxma və dərsə gecikmə halları müəllimlır tərəfindən sinif jurnallarında qeydə alınır.
***
Təhsil ili iki yarımildən ibrətdir. Hər yarımilin sonunda(dekabr və may aylarında ) böyük summativ qiymətləndirmə keçirilir.
***
Şagird kimi dərslərə daim hazırlıqlı gəlməli və biliyimizi mütamadi olaraq artırmal və dərinləşdirməliyik.
***
Biz şagirdlər özümüz anlamalıyıq ki ,ümumi mədəni səviyyəmizi , fiziki və psixoloji keyfiyyətlərimizi yüksəltməli , təhsil qanunvericiliyinə , məktəbin nizamnaməsinə, əxlaq və etika normalarına əməl etməliyik.
***
Şagird kimi məktəbin bütün inventarına , texniki-metodiki vəsaitinə və başqa əşyalarına qayğı ilə yanaşmalı, onlardan təyinatına uyğun istifadə etməliyik.
***
Biz şagirdlərin sağlamlığına nəzarət etmək üçün məktəblərdə tibbi xidmət həyata keçirilir.
***
Xüsusi olaraq qeyd olunmalıdır ki . şagirdlərin dərsdə olarkən mobil telefonlardan və diğər elektron vəsaitlərdən icazəsiz istifadəsi qəti qadağandır.