Parta və kompüter arxasında necə əyləşək? Skolioz

Əziz  oxucu,  sağlamlıq  hər  şeydən  önəmlidir. Sağlam  olmaq  üçün düzgün  həyat tərzi və idmanla məşğul  olmaq  lazımdır. Müasir dövrdə  parta  arxasında  əyləşən şagirdin , kompyuterdən  gözünü ayıra bilməyən yeniyetmənin ,oturaq  həyat  tərzindən  əziyyət  çəkən  hər  kəsin  eyni  bir problemi var.Bu  bel ağrısı  və  onurğa  əyriliyidir.
  Oturacağın  formasının və oturma  vəziyyətinin  uyğun  olmaması belin məcburən ağrımasına səbəb olur. Oturacaq  nə çox  sərt , nə  yumuşaq olmamalıdır; qol qoymaq  üçün  yer , oturacaq və  arxalıqları  və  maililiyi insanın bədən quruluşuna uyğun olmalıdır.Onurğa sütununun əyriliyi skolioz -onurğa  sütununun   yanlara əyilməsi  olub  daxili  orqanların funksyalarının  pozulması  ilə müşahidə  oluna  bilər .

* Uşaqda  normal  qamətdən  kiçik  kənaraçıxmalar  olarsa  başlanğıcda  sadə idman hərəkətləri  ilə problemi  aradan  qaldırmaq  olur.Ümumiyyətlə  isə həkim məkim  yardımı  almaq  daha yaxşıdır;

*İdmanla  məşqlərindən  başqa ,  məktəb  yaşlı  uşaqlarda  onurğa sütunu  əyriliklərinin yaranmasının proflaktikası  məqsədilə  onlara  düzgün  tədris  və  istirahət rejimi  yaratmaq  lazımdır;

*Əgər  şagird uzun  müddət  hərəkətsiz  qalırsa , bu , onların onurğa  sütununa mənfi təsir göstərməməsi  üçün şifahi  və  yazılı tapşırıqları  növbələşdirmək  lazımdır;

*Məktəbdən qayıtma  vaxtı  ilə  ev tapşırıqlarını yerinə  yetirmə  arasında  kifayət  qədər  vaxt      keçməlidir. Beləki ,birinci  növbədə  oxuyan  şagrdlər dərsdən  qayıtdıqdan  sonra nahar etməli , 2-2.5 saat  təmiz havada gəzməli , oyun oynamalı ,yəni zehni və fiziki istirahət  təmin olunmalıdır.;

*Yalnız bu istirahətdən sonra ev tapşırıqlarını  yerinə  yetirməyə  başlamaq  olar.yerinə  
yetirilən  tapşrıqlar  arasında da fasilələr vermək məqsədə  uyğundur;

* Uşaqların yatağı da rahat olmalıdır. Yataq nə  yumuşaq ,nə  sərt  olmalıdır. Bu baxımdan  ortopedik  yataqlar seçmək  olar . Yastığın  nazik  və  düzbucaq formalı olması  məsləhətdir.