Parta və kompüter arxasında necə əyləşək? Skolioz

Əziz  oxucu,  sağlamlıq  hər  şeydən  önəmlidir. Sağlam  olmaq  üçün düzgün  həyat tərzi və idmanla məşğul  olmaq  lazımdır. Müasir dövrdə  parta  arxasında  əyləşən şagirdin , kompyuterdən  gözünü ayıra bilməyən yeniyetmənin ,oturaq  həyat  tərzindən  əziyyət  çəkən  hər  kəsin  eyni  bir problemi var.Bu  bel ağrısı  və  onurğa  əyriliyidir.
  Oturacağın  formasının və oturma  vəziyyətinin  uyğun  olmaması belin məcburən ağrımasına səbəb olur. Oturacaq  nə çox  sərt , nə  yumuşaq olmamalıdır; qol qoymaq  üçün  yer , oturacaq və  arxalıqları  və  maililiyi insanın bədən quruluşuna uyğun olmalıdır.Onurğa sütununun əyriliyi skolioz -onurğa  sütununun   yanlara əyilməsi  olub  daxili  orqanların funksyalarının  pozulması  ilə müşahidə  oluna  bilər .

* Uşaqda  normal  qamətdən  kiçik  kənaraçıxmalar  olarsa  başlanğıcda  sadə idman hərəkətləri  ilə problemi  aradan  qaldırmaq  olur.Ümumiyyətlə  isə həkim məkim  yardımı  almaq  daha yaxşıdır;

*İdmanla  məşqlərindən  başqa ,  məktəb  yaşlı  uşaqlarda  onurğa sütunu  əyriliklərinin yaranmasının proflaktikası  məqsədilə  onlara  düzgün  tədris  və  istirahət rejimi  yaratmaq  lazımdır;

*Əgər  şagird uzun  müddət  hərəkətsiz  qalırsa , bu , onların onurğa  sütununa mənfi təsir göstərməməsi  üçün şifahi  və  yazılı tapşırıqları  növbələşdirmək  lazımdır;

*Məktəbdən qayıtma  vaxtı  ilə  ev tapşırıqlarını yerinə  yetirmə  arasında  kifayət  qədər  vaxt      keçməlidir. Beləki ,birinci  növbədə  oxuyan  şagrdlər dərsdən  qayıtdıqdan  sonra nahar etməli , 2-2.5 saat  təmiz havada gəzməli , oyun oynamalı ,yəni zehni və fiziki istirahət  təmin olunmalıdır.;

*Yalnız bu istirahətdən sonra ev tapşırıqlarını  yerinə  yetirməyə  başlamaq  olar.yerinə  
yetirilən  tapşrıqlar  arasında da fasilələr vermək məqsədə  uyğundur;

* Uşaqların yatağı da rahat olmalıdır. Yataq nə  yumuşaq ,nə  sərt  olmalıdır. Bu baxımdan  ortopedik  yataqlar seçmək  olar . Yastığın  nazik  və  düzbucaq formalı olması  məsləhətdir. 

Nümunəvi Şagird-fotoqalereya

                  

  Müəllimi diqqətlə dinləməliyik                        Parta arxasında düzgün əyləşin             Qəhrəmanlarımız qürurumuzdur

 
                                         

     
                              Ulu Öndərə layiqli davamçılar olaq                     Dövlət rəmzlərini tanımalıyıq


                                          
                                     Nümunəvi şagird olun                           Yoldaşlarınızla mehriban davranın


Veb Səhifənin Məqsədi

             Müasir dövrdə valideynlər övladlarının İnternet istifadəsinə ehtiyyatla yanaşırlar. Mən ürək rahatlığı ilə şagirdlərin istifadə edə biləcəkləri Veb səhifə yaratmaq fikrindəyəm.Gələcəyin vətəndaşını doğru təhsil və tərbiyələndirmək üçün ən doğru linkləri burada tapacaqsınız. Belə ki,Vətənimiz Azərbaycan  ,saglam fiziki inkişaf ,ekoloji tərbiyə ,e-uşaq kitabxanası , Uşaq hüquqları konvensiyası ,Prezidentimizin və Birinci Xanımın məktəblilərə tövsiyyə etdiyi  mövzulara ,öyrədici interaktivlərə buradan rahatlıqla keçid etmək olar.Şagirdlərin düzgün həyat tərzi üçün maraqlı mövzular hər kəsin diqqətini çəkəcək .Məqsədim Azərbaycanın gələcəyi olan şagirdin xeyirli vətəndaş olmasıdır.

Şagirdlər üçün “Tez hesablama “ və “Dünya xəritəsi”online oyunu çox faydalı olacaq.İçəri şəhərə və bütün Azərbaycana 3D virtual  gəzinti ,Azərbaycanda operativ yardım nömrələri və daha nələr... Məhz məktəblilər üçün nəzərdə tutulmuş etibarlı və təhlükəsiz Veb məkanın ünvanı olmaq istəyirəm. Veb səhifə blogger.com  generatorunda , Simple şablonunda  yığılıb. İstifadə olunan şəkillər google.az , smayliki.ru –dan və şəxsi fotoqalereyadan seçilib.

http://mektebli18.blogspot.com Veb Səhifəsi SlyadShov Təqdimat

Övladınızı necə böyütmək istəyirsiniz ?

Hörmətli  valideynlər , müəllimlər və böyüklər ! 

Yadda  saxlayın ,əgər siz:
*Övladınızı  həmişə  tənqid  edirsinizsə , o , nifrət  etməyi  öyrənir

 *Övladınızı  ələ  alırsınızsa , o , getdikcə özünə  qapanır

*Övladınızı  həmişə  suçlayırsınızsa , o , günah  hissi  ilə  yaşamağı  öyrənir

*Övladınızı  həmişə  münaqişə  edirsinizüsə , o , aqressiv , acıqlı , hirsli  davranmağı  öyrənir

Yadda  saxalayın, yox  əgər  siz:
 *Övladınızı  nailiyyətini  qiymətləndirirsinizsə , o , səxavətli  və  xoş  niyyətli  olmağı  öyrənir

*Övladınızı hər işində  dəstəkləyirsinizsə , o , özünə  qiymət  verməyi  öyrənir

*Övladınızı  təmkinli  davranaraq  böyüdürsünüzsə ,o , başqalarını  anlamağı  öyrənir

*Övladınızı  dürüst  davranaraq  böyüdürsünüzsə , o , ətrafındakılara  ədalətli  davranmağı  öyrənir

*Övladınızı  təhlükəsiz  şəraitdə  böyüdürsünüzsə , o , insanlara inamı və etibarı  öyrənir

*Övladınızla  qarşılıqlı  anlaşma  şəraitində yaşayırsınızsa ,o, yaxşı  dost olmağı öyrənir.

SMARTFONUNUZ TƏHSİL İLİNƏ HAZIRDIRMI ?


ANDROİDİ  yeni təhsil  ilinə  hazırlayaq :  
                    http://goo.gl/8gnoy9



Triqonometriya konspektləri üçün
  https://play.google.com/store/apps/details?id=com.samples



Astronomiya üçün  " Səma  xəritəsi  " https://play.google.com/store/apps/details?id=ru.astro

  Bilməyənlər üçün  " Vurma  cədvəli  "  https://play.google.com/store/apps/details?id=com.thezzumer.multiplication_table

Seç !  Yoxla !  Tətbiq  et !
Mənbə :http://asanfizika.blogspot.com

Uşaqlarda kitab oxuma vərdişi

        Bilirsinizmi ki ,uşaqlarda  kitab  oxumağa  həvəsin  təməli   əvvəlcə  ailədə  atılır , sonra  isə  bu  alışqanlıq müəllimlərin  köməyilə   vərdişə  çevrilir .Uşaqlarda  kitab  oxuma  vərdişinin  yaradılmasında  valideynlərin böyük  rolu  var ; yəni  valideynin  savad  səviyyəsinin , peşəsinin , maddi  imkanının  bir başa  təsiri  var.
Şagird  və  övladlarınıza  kitab  oxuma vərdişini  qazandırmaq  istəyirsinizsə  bu  məsləhətlərə əməl edin:

*Kiçik  yaşlarından  uşağa  xüsusi vaxt ayıraraq, onun yaşına , marağına  uyğun  nağıl ,  təmsil , şeir , təmsil oxumaqla bu vərdişin  təməlini   atmağa başlayın ;
 
*Evinizdə  imkan  daxilində  kitabxana  guşəsi  yaradın. Böyüklər  ancaq  televizora  baxmaqla  vaxt dəyərləndirirlərsə , heç  uşağın  da  kitab  oxuyacağını  gözləməyin. Evdəki  böyüklər  şəxsi  numunə olmalıdır;

*Övladınızın , şagirdinizin ,dostunuzun xoş bir gününü ,ad gününü ,hansısa uğurunu qeyd edəndə  ona  olan hədiyyəniz  kitab  olsun.Təbii ki ,kitabı hər kəsin yaşına  və  maraq dairəsinə  uyğun  olmalıdır ;

*Müəllimlər şagirdləri  yaxınlıqdakı kitabxanalara və otda təşkil  olunan tədbirlərə  yönləndirməlidirlər;

*Övladınızın , şagirdinizin yaşına uyğun   jurnala abunə yazılması da  yaxşı effekt  verə bilər.

Kitab oxumaq vərdişinin insanda yaratdığı 10 müsbət keyfiyyət:
1. Oxumaq beyni aktiv olaraq çalışdırır;
2. Oxumaq insanın lüğət ehtiyatını artırır;
3. Dünyanın digər mədəniyyətlərinə və tanımadığın yerlərə nəzər
yetirməyə imkan verir;
4. Fikrin cəmlənmə və bir mərkəzə toplanması kimi vərdişləri inkişaf etdirir;
5. Özünə hörmət yaradır;
6. Yaddaşını inkişaf etdirir;
7. İnsanda nizam-intizam yaradır;
8. Yaradıcılıq, kreativlik qabiliyyətini artırır;
9. Sənin danışmağa həmişə mövzun olur;
10. Darıxmağın qarşısını alır.


Qeyd : Kitab  oxuma  vərdişi  ailədən  gələn  mədəniyyətdir.