Şagird və övladlarınıza kitab oxuma vərdişini qazandırmaq istəyirsinizsə bu məsləhətlərə əməl edin:
*Kiçik yaşlarından uşağa xüsusi vaxt ayıraraq, onun yaşına , marağına uyğun nağıl , təmsil , şeir , təmsil oxumaqla bu vərdişin təməlini atmağa başlayın ;
*Evinizdə imkan daxilində kitabxana guşəsi yaradın. Böyüklər ancaq televizora baxmaqla vaxt dəyərləndirirlərsə , heç uşağın da kitab oxuyacağını gözləməyin. Evdəki böyüklər şəxsi numunə olmalıdır;
*Övladınızın , şagirdinizin ,dostunuzun xoş bir gününü ,ad gününü ,hansısa uğurunu qeyd edəndə ona olan hədiyyəniz kitab olsun.Təbii ki ,kitabı hər kəsin yaşına və maraq dairəsinə uyğun olmalıdır ;
*Müəllimlər şagirdləri yaxınlıqdakı kitabxanalara və otda təşkil olunan tədbirlərə yönləndirməlidirlər;
*Övladınızın , şagirdinizin yaşına uyğun jurnala abunə yazılması da yaxşı effekt verə bilər.
Kitab oxumaq vərdişinin insanda yaratdığı 10 müsbət keyfiyyət:
1. Oxumaq beyni aktiv olaraq çalışdırır;
2. Oxumaq insanın lüğət ehtiyatını artırır;
3. Dünyanın digər mədəniyyətlərinə və tanımadığın yerlərə nəzər
yetirməyə imkan verir;
4. Fikrin cəmlənmə və bir mərkəzə toplanması kimi vərdişləri inkişaf etdirir;
5. Özünə hörmət yaradır;
6. Yaddaşını inkişaf etdirir;
7. İnsanda nizam-intizam yaradır;
8. Yaradıcılıq, kreativlik qabiliyyətini artırır;
9. Sənin danışmağa həmişə mövzun olur;
10. Darıxmağın qarşısını alır.
Qeyd : Kitab oxuma vərdişi ailədən gələn mədəniyyətdir.